25/11/2012

"Sumqayıt" FK AZAL Arena-dan 1 xalla ayrıldı


AZAL - "Sumqayıt" 1:1
25 noyabr 2012. Saat 16:00. AZAL Arena. 200 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Munis Abdullayev, Mehman Mahmudov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Oskars Klava, 36 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 90+3 (qeyri-idman hərəkəti) // Samir Abasov, 6 (qeyri-idman hərəkəti); Elçin Sadıqov, 8 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 31 (qeyri-idman hərəkəti); Məhəmməd Mirzəbəyov, 52 (qeyri-idman hərəkəti)
Qollar: Zohair Benouahi, 9 (p.) // Pərdis Fərcad Azad, 3
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

AZAL
12. Cahangir Həsənzadə (k)
3. Usim Nduka
2. Juan Fransisko
4. Jose Junior Ailton
15. Oskars Klava
20. Branislav Arseniyeviç
11. Zohair Benouahi
17. Viktor İqbekoyi
7. Cavid Tağıyev
(22. Ruslan Tağızadə, dəq.77)
19. Orxan Səfiyaroğlu
(99. Orxan Həsənov, dəq.63)
16. Junior Nildo

Ehtiyat oyunçular:
27. Ruslan Məcidov
23. Tural Nərimanov
28. Artur Patraş
77. Arif İsayev
37. Andrius Veliçka

Baş məşqçi: Vaqif Sadıqov

“Sumqayıt”
12. Elçin Sadıqov
2. Slavik Alxasov
4. Samir Abasov (k)
7. Pərdis Fərcad Azad
8. Aqşin Muxtaroğlu
(17. Emin Cəfərquliyev, dəq.46)
13. Murad Ağayev
21. Məhəmməd Mirzəbəyov
22. Xəyal Mustafayev
76. Uğur Pamuk
91. Ruslan Qurbanov
(11. Sabir Allahquliyev, dəq.87)
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:
90. Anar Məhərrəmov
27. Ramil Həşimzadə
70. Şamil Camaləddin
95. Ruslan Nəsirli

Baş məşqçi: Bernhard Raab

"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində AZAL Arena-da AZAL-ın qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandalar bir xala razılaşıblar. Komandamızdan yeganə qolu 3-cü dəqiqədə Pərdis Fərcad-Azad vurub. 9-cu dəqiqədə isə AZAL-ın forvardı Zohair Benouahi penaltidən hesabı bərabərləşdirib.

Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Maraqlı oyunun şahidi olduq. Keçən turdakı məğlubiyyətdən sonra bu oyuna daha ciddi hazırlaşmışdıq. Hər iki komanda hücum futbolu oynadı. AZAL-ın qol vurmaq üçün imkanı bizdən daha çox idi. Bir xal qazana bildik, hər iki komandanı təbrik edirəm”.

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi:  "Sumqayıt" güclü komandadır, bizimlə oyunları həmişə gərgin mübarizədə keçir. Heç-heçəni yaxşı nəticə saymaq olar. Gələcək oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq. Müəyyən problemlərimiz var. İlk altılığa düşmək üçün sona qədər mübarizə aparacağıq”.