17/11/2012

"Sumqayıt" FK "Neftçi" ilə görüşdən məğlub ayrılıb


"Neftçi" - "Sumqayıt" 8:1
17 noyabr 2012. Saat 15:00. 8-ci km. stadionu. 1200 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Elman Musayev
Dördüncü hakim: Fərid Məmmədov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Erik Ramos, 45+1 (qeyri-idman hərəkəti); Elvin Yunuszadə, 49 (qeyri-idman hərəkəti)
Qollar: Nikolas Kanales, 7; 23; 45; 80; Julius Vobay, 11; 25; Cavid İmamverdiyev, 68; Bruno Bertuççi, 75 // Emin Cəfərquliyev, 28
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 1 dəq.

“Neftçi”
30. Saşa Stamenkoviç
4. Tərlan Quliyev
5. İqor Mitreski
(17. Araz Abdullayev, dəq.62)
6. Rəşad Sadiqov (k)
9. Flavio Aleks Valensio
(25. Cavid İmamverdiyev, dəq.62)
10. Julius Vobay
11. Nikolas Kanales
15. Erik Ramos
(20. Eşqin Quliyev, dəq.82)
16. Bruno Bertuççi
28. Emin Mehdiyev
32. Elvin Yunuszadə

Ehtiyat oyunçular:
12. Emil Balayev
3. Saşa Yunisoğlu
8. Elşən Abdullayev
21. Kamil Nurəhmədov

Baş məşqçi: Böyükağa Hacıyev

“Sumqayıt”
90. Anar Məhərrəmov
3. Aftandil Hacıyev
4. Samir Abasov (k)
5. Murat Doymuş
7. Pərdis Fərcad Azad
10. Ceyhun Sultanov
17. Emin Cəfərquliyev
21. Məhəmməd Mirzəbəyov
27. Ramil Həşimzadə
(91. Ruslan Qurbanov, dəq.37)
76. Uğur Pamuk
95. Ruslan Nəsirli
(8. Aqşin Muxtaroğlu, dəq.46)

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
11. Sabir Allahquliyev
22. Xəyal Mustafayev
50. Murad Hüseynov
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Bernhard Raab

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Sumqayıt" Futbol Klubu səfərdə "Neftçi"yə 1:8 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu 28-ci dəqiqədə Emin Cəfərquliyev vurub.

Bernhard Raab (“Sumqayıt” klubunun baş məşqçisi): “Oyundan sonra deyə bilərəm ki, bu çempionatda “Neftçi” üçün rəqib yoxdur. 8 dəqiqəyə oyunun taleyi həll olundu. “Neftçi” güclü olduğu üçün qələbə qazandı. Almaniyada bir oyuna görə istefa vermirlər. Bugünkü oyundan öncə 4 futbolçumuz zədəli idi. Biz “Qarabağ”, “Neftçi” deyilik ki, əsas heyətin 4 üzvünü ehtiyatda qalanlarla əvəz edək. Birinci hissənin sonunda uşaqlara dedim ki, 8 nəfər dəyişilməlidir. Mövsümün əvvəlində əlavə oyunçu ala bilmədik. Heyətimiz büdcəmizə uyğundur”.

Böyükağa Hacıyev (“Neftçi” klubunun baş məşqçisi): “Adətən belə oyunlara şərh verilmir. Hesab hər şeyi izah edir. “Sumqayıt”a yazığım gəlmədi, yeganə komandadır ki, nə qədər vura bilirsiniz, vurun dedi. Qələbəni Sadıq Sadıqovun balaca oğlu Hacı İbrahimin ad gününə həsr edirik. Qarşıda “Partizan”la oyun var. Ramos sarı vərəqə limitini doldurub. Əsas problem budur. Onun yerində kimi oynadacağımı düşünürəm. Gərək həmin oyunçunu bu mövqeyə uyğunlaşdıraq. Mahirlə bağlı hər şey qaydasındadır. Cavid də bu gün meydana döndü”.