16/11/2012

Əvəzedicilər "Neftçi" üzərində əzmkar qələbə qazandı


Əvəzedicilərin çempionatında növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun əvəzediciləri Zirə İdman Kompleksinin stadionunda "Neftçi" ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş Vaqif Paşayevin yetirmələrinin qələbəsi ilə yekunlaşıb. Komandamızdan yeganə qolu görüşün 46-cı dəqiqəsində Arif Vəliyev vurub.

Neftçi - Sumqayıt 0:1
Arif Vəliyev, 46.