15/11/2012

Səlahət Ağayev A millidə ilk rəsmi oyununa çıxıb


2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belfast şəhərindəki Windsor Park stadionunda Azərbaycan mili komandası Şimali İrlandiya yığması ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı 5-ci dəqiqədə Rauf Əliyev açıb. Şimali İrlandiya yığması 90+6-cı dəqiqədə bərabərlik qolunu vura bilib.

Bu qarşılaşmada “Sumqayıt” Futbol Klubunun qapıçısı Səlahət Ağayev millinin qapısını qoruyub. 21 yaşlı qolkiper A millidə ilk rəsmi görüşünü keçirib.

Qeyd edək ki, Səlahət Ağayev əsas yığmanın heyətində Hondurasla yoldaşlıq görüşündə debüt etmişdi (2 iyun 2010).