11/11/2012

“Sumqayıt” FK “Neftçi” ilə oyunun hazırlığını davam etdirir


Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində noyabrın 17-də səfərdə “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” FK hazırlığını davam etdirir. Bu güb Bayıl stadionunda məşqə çıxan komandamız əvəzedicilərlə birləşərək iki tərəfli oyun keçirib. Zədəsini sağaltmış Ruslan Qurbanov artıq komanda ilə birlikdə məşqlərə başlayıb.

Milli komandanın heyətində yer alan Səlahət Ağayev və Uğur Pamuk və “Portu”nun düşərgəsində baxışda olan Orxan Əliyev isə hazırlıq prosesində iştirak etməyib. Sabah istirahət edəcək “Sumqayıt” FK noyabrın 13-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxacaq.