06/11/2012

“Sumqayıt” FK-nun üzvü Orxan Əliyev hazırda “Portu”da baxışdadır


“Sumqayıt” Futbol Klubunun hücumçusu Orxan Əliyev yenidən diqqət mərkəzinə düşüb. Belə ki, 17 yaşlı futbolçu hazırda Avropa nəhəngi, Portuqaliya çempionu “Portu”nun düşərgəsində baxışa yollanıb. Belə ki, noyabrın 2-də adıçəkilən klubun Skautlar Departamentinin Direktoru Joao Luis Afonso tərəfindən “Sumqayıt” FK-na faks daxil olub. Məktubda qeyd olunub ki, “Portu” komandamızın üzvü Orxan Əliyevi baxışa dəvət edib. Artıq dünən Portuqaliyaya yollanmış futbolçumuz hazırda “Portu”nun bazasındadır.

Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə “Sumqayıt” FK-nun heyətində Premyer Liqada 8 qarşılaşmada (486 dəqiqə) forma geyinib və rəqib qapılarından 2 top keçirib. O, ötən mövsüm isə 5 qolla komandamızın Premyer Liqada ən sərrast futbolçusu seçilib.
"Portu"dan daxil olan məktubu diqqətinizə çatdırırıq: