06/11/2012

"Sumqayıt" FK-nun U-17 komandası qələbə qazanıb


"Azercell U-17 Liqası"nda növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun U-17 komandası doğma azarkeşləri qarşısında "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Komandamızdan qolları Bayram Nuruzadə və Xəqan Məmmədli vurub.

U-15 komandamız isə "Kapital Bank U-15 Liqası"nın 3-cü turu çərçivəsində "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.