06/11/2012

“Sumqayıt” FK STATİSTİKALARLA


Topaz Premyer Liqasında 12-ci tur arxada qalıb. “Sumqayıt” Futbol Klubu 13 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Komandanın baş məşqçisi Bernhard Raab arxada qalan turlarda ümumilikdə 22 futbolçunun xidmətindən yararlanıb. Sol cinah müdafiəçisi Slavik Alxasov 12 oyunun hamısında 90 dəqiqə meydanda olub (1080 dəqiqə). Murad Doymuş (990) Pərdis Fərcad-Azad (961), Ceyhun Sultanov (862) və Murad Ağayev (832) isə 11 oyunda forma geyinib.

Qapıçılar Elçin Sadıqov, Anar Məhərrəmov, müdafiəçi Bəxtiyar Həsən-Alızadə və hücumçu Ruslan Nəsirli yalnız 1 oyunda meydana çıxıb.

Slavik Alxasov – 12 oyun (1080 dəqiqə)
Murad Doymuş – 11 (990)
Pərdis Fərcad-Azad – 11 (961)
Ceyhun Sultanov – 11 (862)
Murad Ağayev – 11 (832)
Samir Abasov – 10 (900)
Səlahət Ağayev – 10 (900)
Uğur Pamuk – 9 (770)
Aftandil Hacıyev – 9 (796)
Taner Taktak – 8 (585)
Orxan Əliyev – 8 (486)
Məhəmməd Mirzəbəyov – 8 (375)
Sabir Allahquliyev – 8 (249)
Ruslan Qurbanov – 7 (457)
Ramil Həşimzadə – 7 (438)
Emin Cəfərquliyev – 6 (145)
Murad Hüseynov – 5 (102)
Xəyal Mustafayev – 4 (360)
Bəxtiyar Həsən-Alızadə – 1 (90)
Elçin Sadıqov – 1 (90)
Anar Məhərrəmov – 1 (90)
Ruslan Nəsirli – 1 (66)

Pərdis Fərcad-Azad ən sərrast futbolçudur
“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının arxada qalan 12 turunda 10 dəfə rəqib qapılarına yol tapıb. Komandanın ən məhsuldar futbolçusu Azərbaycan əsilli oyunçu Pərdis Fərcad-Azaddır. 23 yaşlı futbolçu cari mövsümdə 3 qola imza atıb. 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyev və Ruslan Qurbanov isə hərəyə 2 dəfə fərqlənib.

Komandanın buraxdığı qollara gəlincə, 10 oyunda çərçivəni qoruyan Səlahət Ağayev 17 dəfə topu tordan çıxarmalı olub. İkinci qapıçı Elçin Sadıqov isə bir oyunda meydana çıxıb və 1 dəfə məyus olub. Son qarşılaşmada meydanda olan Anar Məhərrəmov isə qapısını toxunulmaz saxlayıb.

Azarkeşlərimiz diqqət mərkəzində
Topaz Premyer Liqasının oyunlarını 158 min 190 tamaşaçı izləyib. Bu da orta hesabla hər qarşılaşmaya 2326 azarkeşin təşrif buyurduğunu göstərir. Mövsümün arxada qalan hissəsinin rekordu 8 min tamaşaçıdır. Bu sayda azarkeş 4 matçda qeydə alınıb. İlk turun “Kəpəz” – “Turan”, III turun “Sumqayıt” – “Qarabağ”, VIII turun “Kəpəz” – “Qarabağ” və IX turun “Sumqayıt” – “Rəvan” görüşlərini məhz bu sayda tamaşaçı seyr edib.
2 dəfə rekord sayda azarkeş toplayan “Sumqayıt”ın ev oyunlarını daha çox – 29700 fanat izləyib.

Vurulan qollar: Pərdis Fərcad-Azad – 3 qol. Orxan Əliyev – 2, Ruslan Qurbanov – 2 (1/1), Sabir Allahquliyev – 1. Murad Ağayev – 1 . Aftandil Hacıyev – 1.

Buraxılan qollar: Səlahət Ağayev – 17, Elçin Sadıqov – 1.