06/11/2012

Allah rəhmət eləsin!


“Qəbələ” Futbol Akademiyasının məşqçisi Eldəniz Süleymanov dünyasını dəyişib.

1975-ci il avqustun 29-da Naxçıvanda anadan olan Süleymanov futbolçu karyerası boyunca Rusiyanın “Arsenal” (Tula), “Stroitel”, “Jemçujina”, ölkəmizin “Azəri”, “Kəpəz”, “Araz”, AMMK və “Qəbələ” kimi klubların şərəfini qoruyub.

Xatırladaq ki, Eldəniz Süleymanov karyerasını “Qəbələ”də bitirib və burada da məşqçilik fəaliyyətinə başlayıb. O, Akademiyada U-17 komandasına rəhbərlik edirdi.

“Sumqayıt” Futbol Klubu mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!