05/11/2012

"Sumqayıt" FK U-15 Turnirin qalibi olub


AccessBank və Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıtda "Beynəlxalq Əmanət Günü"nə həsr olunmuş futzal turniri keçirib. 1998-1999-cu il təvəllüdlü qızlar arasında təşkil olunmuş yarışda 6 komanda mübarizə aparıb. "Sumqayıt" Futbol Klubunun U-15 komandası final görüşündə Xaçmaz təmsilçisini 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub.