05/11/2012

U-16 komandamız "Qəbələ"ni məğlub edib


U-16 Liqasında növbəti oyunlar keçirilib. "Sumqayıt" Futbol Klubunun U-16 komandası səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan qolları Fərid Kərimzadə və Əhməd İsmayılov vurub.

U-14 komandamızda turu qələbə ilə başa vurub. "Corat"la görüşdə komandamız 7:0 hesabı ilə qələbə qazanıb. Qolları Nicat Hüseynov (3), Sahib Cümşüdov (2), Çıraq Çıraqov və Osman Əliyev vurub.

U-11-lərimiz isə İOEUGİM-i 3:0 hesabı ilə məğlub edib. Ömər Quliyev, Fərhad Salamzadə və Murad Bayramov fərqlənib.