04/11/2012

"Sumqayıt" lider "İnter"lə qarşılaşmadan 1 xalla ayrıldı


"Sumqayıt" - "İnter" 0:0
04 oktyabr 2012. Saat 14:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Munis Abdullayev, İsgəndər Əliyev
Dördüncu hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Murad Ağayev, 10 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 57 (qeyri-idman hərəkəti); Sabir Allahquliyev, 90 (qeyri-idman hərəkəti) // Volodimir Levin, 39 (hakimin qərarına etiraz); Ruslan Əmircanov, 57 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Sumqayıt”
90. Anar Məhərrəmov
2. Slavik Alxasov
3. Aftandil Hacıyev
4. Samir Abasov (k)
5. Murat Doymuş
9. Orxan Əliyev
(11. Sabir Allahquliyev, dəq.65)
10. Ceyhun Sultanov
13. Murad Ağayev
21. Məhəmməd Mirzəbəyov
27. Ramil Həşimzadə
(17. Emin Cəfərquliyev, dəq.83)
95. Ruslan Nəsirli
(50. Murad Hüseynov, dəq.66)

Ehtiyat oyunçular:
12. Yevgeni Jukov
6. Taner Taktak
8. Aqşin Muxtaroğlu
22. Xəyal Mustafayev


Baş məşqçi: Bernhard Raab

“İnter”
1. Giorgi Lomaya
5. Slavço Georgiyevski
7. Ruslan Əmircanov
(21. Arif Daşdəmirov, dəq.85)
8. Nizami Hacıyev
(9. Daniel Genov, dəq.63)
11. Asif Məmmədov
15. Volodimir Levin (k)
18. İlia Kandelaki
20. Brüs Abdulaye
25. İbrahima Niasse
(23. Tales Şütz, dəq.76)
28. Baçana Sxadadze
47. Abdulla Abatsiyev

Ehtiyat oyunçular:
74. Revaz Tevdoradze
4. Valeri Abramidze
24. Fuad Bayramov
77. Ramil Mansurov

Baş məşqçi: Kaxaber Sxadadze

"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhə stadionunda lider "İnter"lə qarşılaşırdı. Komandamız bu oyuna ciddi itkilərlə çıxmışdı. Belə ki, Uğur Pamuk və Pərdis Fərcad-Azad cəzalı olduğu üçün bu görüşdə iştirak etmirdi. Əsas qapıçı Səlahət Ağayevlə yanaşı Elçin Sadıqovda zədə səbəbindən bu oyunu tribunalardan izləyirdi.
Qeyd edək ki, qapıçı Anar Məhərrəmovdan başqa, Ruslan Nəsirli də cari mövsümdə ilk dəfə "Sumqayıt"ın formasını geyinirdi.
Bərabər səviyyəli keçən qarşılaşmada qapılara qol vurulmadı və "Sumqayıt" FK xallarının sayını 13-ə çatdırdı.

Bernhard Raad (“Sumqayıt” klubunun baş məşqçisi): “Rəqib komandanın baş məşqçisi ilə razıyam, bu cür meydanda yaxşı oyun göstərmək olmur. “İnter” komandası ilə oyunumuz həmişə çətin alınır. 1 xal qazandığımız üçün şadam. Fikrimcə, “İnter” də 1 xalla razılaşmalıdır. Ümumilikdə oyuna gəlsək, komandam verilən tapşırıqların öhdəsindən gəldi. Futbolçularımın oyunundan razı qaldım”.

Kaxaber Sxadadze (“İnter” klubunun baş məşqçisi): “Meydança bərbad vəziyyətdə idi. Bu cür meydanda mübarizə aparmaq çox çətindir. Futbolçularımı qınamıram, bu cür meydanda heç nə etmək olmur”. “Sumqayıt” komandasına və baş məşqçisinə uğurlar arzulayıram".