26/10/2012

"Sumqayıt" FK səfərdə "Kəpəz"lə heç-heçə edib


"Kəpəz" - "Sumqayıt" 0:0
26 oktyabr 2012. Saat 16:00. Gəncə şəhər stadionu. 1000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: İlham Əliyev, İsgəndər Əliyev
Dördüncu hakim: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Emin İmaməliyev, 34 (qeyri-idman hərəkəti); Bəxtiyar Soltanov, 36 (hakimin qərarına etiraz) // Ramil Həşimzadə, 30 (simulyasiya); Murad Ağayev, 39 (hakimin qərarına etiraz); Samir Abasov, 45+1 (qeyri-idman hərəkəti); Uğur Pamuk, 82 (qeyri-idman hərəkəti)
İstifadə olunmamış penalti: Pərdis Fərcad Azad, 36
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

“Kəpəz”
16. Xəyal Zeynalov
4. Azər Məmmədov (k)
6. Məhərrəm Hüseynov
9. Bəxtiyar Soltanov
10. Armand Feutçine
13. Emin İmaməliyev
15. Şahin Kərimov
18. Nikolay Svekentsev
(2. Nicat Məmmədov, dəq.42)
20. Emin Əliyev
(14. Elxan Əzizov, dəq.39)
30. Yuri Fomenko
88. Bujamin Asani

Ehtiyat oyunçular:
1. İvan Radoş
8. Elvin Həsənəliyev
11. Ziyabil Məmmədov
17. Ceyhun Əhmədov
19. Atin Abdullayev

Baş məşqçi: Mahmud Qurbanov


“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Aftandil Hacıyev
4. Samir Abasov (k)
5. Murat Doymuş
7. Pərdis Fərcad Azad
(50. Murad Hüseynov, dəq.80)
10. Ceyhun Sultanov
13. Murad Ağayev
(17. Emin Cəfərquliyev, dəq.64)
21. Məhəmməd Mirzəbəyov
27. Ramil Həşimzadə
(11. Sabir Allahquliyev, dəq.70)
76. Uğur Pamuk

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
25. Aydın Qasımov
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Bernhard Raab

Topaz Premyer Liqasında 10-cu turun oyunları keçirilib. “Sumqayıt” Futbol Klubu səfərdə “Kəpəz”lə heç-həçə edib. Qarşılaşmanın 36-cı dəqiqəsində komandamızın üzvü Pərdis Fərcad-Azad penalti zərbəsindən yararlana bilməyib.

Bernhard Raab (“Sumqayıt” klubunun baş məşqçisi):
“Premyer Liqada indiyədək gördüyüm ən pis oyun idi, iki komandadan heç biri qalib gələ bilmədi”.

Mahmud Qurbanov (“Kəpəz” klubunun baş məşqçisi): “Mən də həmkarımı təsdiqləyə bilərəm, həqiqətən də, ən pis oyunlardan biri idi. İlk 40 dəqiqədə komandamız, sanki, meydanda yox idi. İkinci hissədə futbolçuların fəallığı artırması qol epizodlarının yaranmasına gətirdi. Lakin bu epizodlardan heç bir nəticə əldə edə bilmədik. “Neftçi” ilə oyundan sonra futbolçularda yorğunluq hiss edirəm, ağır oynayırlar. Qarşıdakı oyunlarda uğurlu nəticə qazanmağa çalışacağıq”.