20/10/2012

“Sumqayıt” FK-nun fanklubu avtoyürüş keçirib


“Sumqayıt” Futbol Klubunun rəsmi fanklubu “Rəvan”la baş tutacaq oyunla əlaqədar Sumqayıtda avtoyürüş keçirib. Xüsusi hazırlanmış avtobusla şəhəri gəzən fanklub üzvləri yerli əhalini “Sumqayıt” FK-nu dəstəkləməyə çağırıb.

Qeyd edək ki, “Sumqayıt” – “Rəvan” oyunu oktyabrın 21-də saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.