18/10/2012

U-17 komandamız heç-heçə edib, U-16 və U-15 qələbə qazanıb


“Sumqayıt” Futbol Klubunun aşağı yaş qruplarından ibarət komandaları AFFA-nın təşkil etdiyi Liqalarda mübarizəyə başlayıb. 17 yaşadək futbolçulardan ibarət komandamız “Azercell U-17 Liqası”nda “Roil”lə heç-heçə edib (1:1). Komandamızdan yeganə qolu Bayram Nuruzadə vurub.

U-16 komandamız isə “Bakı kəndləri”ni 5:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızdan Əhməd İsmayılov (2 qol), Fərid Rəcəbli, Ramil Orucov və Vəzir Hüseynov fərqlənib.

U-15 komandamız isə “Kapital Bank U-15 Liqası”nın ilk turu çərçivəsində səfərdə “Şahdağ”ı üstələyib (3:1). Qolların müəllifi Orxan Quliyev, Raqif Orucov və Tural Bayramlı olub.