18/10/2012

“SOCAR-Azerbaijan” Avropa Kubokunun qalibi olub


İsrailin Eylat şəhərində şahmat üzrə Avropa klubları Kuboku yarışları başa çatıb. Sonuncu, yeddinci turda Rusiyanın “Tomsk-400” klubu ilə oynayan Azərbaycanın “SOCAR-Azerbaijan” klubu 5:1 hesabı ilə qalib gəlib. “Sankt-Peterburq Şahmat Federasiyası” komandası ilə eyni sayda - 12 xal toplayan “SOCAR-Azerbaijan” əlavə göstəricilərə görə bu komandanı üstələmiş və çempion olub.

“Sumqayıt” Futbol Klubu “SOCAR-Azerbaijan” klubunu çempion olmaları münasibəti ilə təkrik edir.