13/10/2012

“Sumqayıt” FK “Rəvan”la oyuna hazırlaşır


“Sumqayıt” Futbol Klubu hazırlığa start verib. Bernhard Raabın komandası səhər saatlarında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb. Ötən gün əməliyyat olunan Ruslan Qurbanov məşqdə iştirak etməyib. Əsas millinin heyətində yer alan Səlahət Ağayevlə Murad Ağayev və U-21-lə İspaniyada təlim-məşq toplanışında olan Slavik Alxasov məşqlərə nisbətən gec qoşulacaq. Berhhard Raabın yetirmələri oktyabrın 15-də saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-la yoxlama görüşü keçirəcək.

Qeyd edək ki, “Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində doğma azarkeşləri qarşısında “Rəvan”ı qəbul edəcək.