13/10/2012

Əvəzedicilər AZAL-la keçirilmiş yoxlama görüşündə qələbə qazanıb


Çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” Futbol Klubunun əvəzediciləri AZAL-la qarşılaşıb. “AZAL Arena”da baş tutan görüşdə Vaqif Paşayevin komandası 3:1 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları Arif Vəliyev və Ayaz Mehdiyev vurub. Bir qol isə avtoqol olub.

Qeyd edək ki, “Sumqayıt” və AZAL-ın əsas komandaları oktyabrın 15-də saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda üz-üzə gələcək.