12/10/2012

"Sumqayıt" FK Azərbaycan kubokunda "Bakı" ilə qarşılaşacaq


Bu gün 2012/2013-cü il Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. XXI Azərbaycan kuboku uğrunda yarışda 21 komanda mübarizə aparacaq. Bunlardan 12-si Topaz Premyer Liqasında, 9-u isə I Divizionda çıxış edir. Püşkün nəticəsinə əsasən, "Sumqayıt" Futbol Klubu mübarizəyə 1/8 finaldan başlayacaq və səfərdə "Bakı" ilə qarşılaşacaq.

Püşkatmaya əsasən XXI Azərbaycan kubokunda qarşılaşacaq cütlüklər aşağıdakı kimidir:

24 oktyabr
“Tərəqqi” – “Ağsu”
“Qaradağ Lökbatan” – “Lokomotiv”
“Qala” – “Kəpəz”
MOİK - “Bakılı”
“Şuşa” – “Neftçala”

28 noyabr
AZAL - “Simurq”
“Tərəqqi”/”Ağsu” cütünün qalibi ilə - “Neftçi”
“Qəbələ” – “Qaradağ Lökbatan”/”Lokomotiv” cütünün qalibi ilə
“Qala”/”Kəpəz” cütünün qalibi ilə - “Qarabağ”
“Bakı” - “Sumqayıt”
MOİK/“Bakılı” cütünün qalibi ilə - “İnter”
“Rəvan” - “Şuşa”/“Neftçala” cütünün qalibi ilə
”Turan” - “Xəzər Lənkəran”