12/10/2012

Əsas və əvəzedici komanda AZAL-la yoxlama oyunu keçirəcək


Çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” Futbol Klubu yoxlama oyunu keçirəcək. Bernhard Raabın komandası oktyabrın 15-də saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-ı qəbul edəcək.

Əsas komanda ilə yanaşı əvəzedicilərimiz də AZAL-la üz-üzə gələcək. Həmin görüş sabah saat 13:00-da “AZAL Arena”da baş tutacaq.