04/10/2012

“Sumqayıt” FK səfərdə “Simurq”a məğlub olub


Simurq – Sumqayıt 1:0
04 oktyabr 2012. Saat 18:00. Zaqatala şəhər stadionu. 2200 tamaşaçı
Baş hakim: Cabbarov Rauf
Baş hakimin köməkçiləri: Əsədov Ramiz, Əliyev İsgəndər
Dördüncu hakim: Əhmədov Tahir
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Fazil Mürşüdov
Sarı vərəqələr: Zdravko Popoviç, 36 (oyunun bərpasını gecikdirdiyi üçün), Qərib İbrahimov, 84 (oyunun bərpasını gecikdirdiyi üçün); Murad Səttarlı, 90+4 (fitdən sonra topa zərbə) // Xəyal Mustafayev, 90+3 (qeyri-idman hərəkəti)
Qol: Mario Bojiç, 63
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Simurq”
22. David Pietrzkieviç
2. İlkin Qırtımov
3. Rasim Ramaldanov (k)
4. Dilaver Zrnanoviç
(6. Anderson Olivyera, dəq.71)
8. Qərib İbrahimov
9. Marçin Burxardt
(14. Asif Mirili, dəq.90)
10. Zdravko Popoviç
13. Aleksandr Şemonayev
15. Stepan Polyak
(7. Ruslan Poladov, dəq.78)
21. Murad Səttarlı
25. Mario Bojiç

Ehtiyat oyunçular:
1. Dmitri Kramarenko
17. Rüstəm Məmmədov
20. Rəşad Eyubov
24. Mehman Məmmədov

Baş məşqçi: Georgi Çixradze


“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Aftandil Hacıyev
(11. Sabir Allahquliyev, dəq.76)
5. Murad Doymuş
6. Taner Taktak
7. Pərdis Fərcad Azad
9. Orxan Əliyev
(17. Emin Cəfərquliyev, dəq.69)
10. Ceyhun Sultanov (k)
13. Murad Ağayev
22. Xəyal Mustafayev
76. Uğur Pamuk
(21. Məhəmməd Mirzəliyev, dəq.84)

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
27. Ramil Həşimzadə
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Bernhard Raab

Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt” Futbol Klubu səfərdə “Simurq”un qonağı olub. Son iki turda “Neftçi” və “Bakı” üzərində qələbə qazanan Bernhard Raabın komandası bu görüşdə meydanı xalsız tərk edib.

Bernhard Raab (“Sumqayıt”ın baş məşqçisi): “Bütün oyuna nəzər salsaq, heç bir komandanın qalib gəlməyəcəyini düşünmək olardı. Qərar verəcəyimiz anda səhv buraxdıq. Əvvəlki oyunlardakı kimi gücümüzü göstərməyə çalışdıq. Təəssüf ki, məğlub olduq”.

Georgi Çıxradze (“Simurq”un baş məşqçisi): “Çox gərgin və maraqlı oyun oldu. “Sumqayıt” son iki oyunda güclü rəqibləri məğlub edib 6 xal qazanmışdı. Bizim çempionatın lideri olmağımız da “Sumqayıt” üçün əlavə motivasiya idi. Qol imkanlarımız çox oldu. Lakin yalnız birindən faydalanıb qalib gəldik".