01/10/2012

İki futbolçumuz A milli komandaya çağırılıb


Milli komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 2012-ci il oktyabrın 16-da Rusiyanın paytaxtı Moskvada Rusiya ilə qarşılaşacaq. Bu səbəbdən yığmamız oktyabrın 5-dən 12-dək Bakıda və oktyabrın 14-dən 17-dək Moskva şəhərində təlim-məşq toplanışı keçəcək. “Sumqayıt” Futbol Klubunun iki üzvü – qapıçı Səlahət Ağayev və yarımmüdafiəçimiz Murad Ağayev A millinin düşərgəsinə dəvət alıb.