01/10/2012

“Sumqayıt” – “Bakı” oyununun sorğusu özünü doğruldub


Sentyabrın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan “Sumqayıt” – “Bakı” oyunu öncəsi klubumuzun rəsmi saytında oxucular arasında sorğu keçirilib. Səs vermədə iştirak edən “Sumqayıt” Futbol Klubunun fanatlarının fikirləri nəticəyə uyğun olub. Beləliklə, “Sumqayıt” – “Bakı” oyunu hansı nəticə ilə başa çatacaq? sualına respondentlərin 52,6 faizi komandamızın 1:0 hesabı ilə qələbə qazanacağını qeyd edib. 57 nəfərin 30-u məhz oyunun həmin nəticə ilə başa çatacağını düşünüb.