30/09/2012

“Sumqayıt” FK “Bakı” üzərində qələbə qazanıb


“Sumqayıt” - “Bakı” 1:0
30 sentyabr 2012-ci il. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 5500 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, İlham Əliyev
Dördüncu hakim: Elçin Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Nüvər Xasıyev
Sarı vərəqələr: Aftandil Hacıyev, 57 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 71 (qeyri-idman hərəkəti); Murad Ağayev, 85 (qeyri-idman hərəkəti) // Deividas Çesnauskis, 39 (qeyri-idman hərəkəti); Nenad Kovaçeviç, 90 (qeyri-idman hərəkəti)
Qol: Pərdis Fərcad Azad, 38
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Aftandil Hacıyev
5. Murad Doymuş
6. Taner Taktak
7. Pərdis Fərcad Azad
(17. Emin Cəfərquliyev, dəq.90)
9. Orxan Əliyev
(91. Ruslan Qurbanov, dəq.66)
10. Ceyhun Sultanov (k)
13. Murad Ağayev
22. Xəyal Mustafayev
76. Uğur Pamuk
(27. Ramil Həşimzadə, dəq.85)

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
11. Sabir Allahquliyev
21. Məhəmməd Mirzəliyev
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Bernhard Raab

“Bakı”
82. Edin Nuredinoski
6. İbrahim Karqbo
7. Deividas Çesnauskis
(36. Uinston Parks, dəq.76)
11. Elvin Məmmədov
15. Cəmşid Məhərrəmov (k)
21. Novruz Məmmədov
22. Evangelios Mantzios
24. Nenad Kovaçeviç
25. Şəhriyar Əliyev
27. George Popxadze
(10. Lukas Mario Horvat, dəq.59)
77. Aleksandar Soliç
(23. Maris Verpakovskis, dəq.66)

Ehtiyat oyunçular:
16. Aqil Məmmədov
8. Junior Vilson
19. Nurlan Novruzov
29. Əziz Quliyev

Baş məşqçi: Bojidar Bandoviç

Topaz Premyer Liqasının son turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Neftçi” üzərində əzmkar qələbə qazanan “Sumqayıt” Futbol Klubu bu dəfə “Bakı”nı qəbul edirdi.

Qarşılaşmaya qonaqlar daha surətli başladı. Oyunun 5-ci dəqiqəsində “Bakı”nın cinah yarımmüdafiəçisi George Popxadze qapıya zərbə endirsə də, Səlahət Ağayev inamlı oynadı. Bu epizoddan bir qədər sonra Popxadze Salahətlə növbəti dəfə üz-üzə qaldı, lakin bu dəfə də qapıçımız əla oyun nümayiş etdirdi.

Zaman ötdükcə oyunda nəzarəti ələ keçirən “Sumqayıt” FK 38-ci dəqiqədə hesabı açdı. Slavik Alxasovun cinah ötürməsindən sonra Pərdis Fərcad-Azad başla topu Edin Nuredinoskinin qoruduğu qapıdan keçirdi.

İlk hissənin başa çatmasına 1 dəqiqə qalmış Uğur Pamuk əlverişli vəziyyətdən yararlana bilmədi.

İkinci hissədə də ilk təhlükəli vəziyyəti “Bakı” yaratdı. Aleksandar Soliçin cərimə zərbəsindən qapıya ünvanladığı topu Səlahət Ağayev ustalıqla dəf etdi. Ceyhun Sultanovun yerinə yetirdiyi cərimə zərbəsi də təhlükəli oldu. Lakin qonaqların qolkiperi Nuredinoski yerində idi.

Oyunun sonlarında daha inamlı təsir bağışlayan komandamız hesabı qorudu və ardıcıl ikinci qələbəsinə imza ataraq turnir cədvəlində dördüncü pilləyə yüksəldi.

Bernhard Raab (“Sumqayıt”ın baş məşqçisi): “Komandam bu gün sözün həqiqi mənasında meydanda döyüşdü. Düzdür, “Neftçi” ilə qarşılaşmada daha baxımlı futbol nümayiş etdirmişdik. Lakin bu gün bizim üçün əsas olan qələbə idi, bunu da qazandıq. “Bakı” yalnız ilk hissənin əvvəllərində təhlükəli hücumlar təşkil etdi. Dünən “Sumqayıt” Futbol Klubu ailəsinə ağır itki üz vermişdi. Yaxınımız Mübariz Orucovun oğlu Ayxan Orucov dünyasını dəyişib. Paltardəyişmə otağında bütün uşaqlara demişdimki, vəfat edən ailə üzvümüzün xatirəsi üçün oynayacağıq. Sağolsun komanda, bunu bacardı. Qələbəni Ayxanın əziz xatirəsinə həsr edirik”.