29/09/2012

Allah rəhmət eləsin!


"Sumqayıt" Futbol Klubunun əvəzedici komandasının məşqçisi Mübariz Orucovun ailəsinə ağır itki üz verib. Çalışdırıcının oğlu Ayxan Orucov dünyasını dəyişib.

Qeyd edək ki, Ayxan Orucov "Sumqayıt" FK-nun U-14 komandasının kapitanı olub.

"Sumqayıt" Futbol Klubu futbolçumuzun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!