27/09/2012

“Sumqayıt” FK “Bakı” ilə oyuna hazırlaşır


Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi"ni məğlubiyyətə uğradan (3:2) "Sumqayıt" Futbol Klubu "Bakı" ilə oyunun hazırlığını davam etdirir. Aftandil Hacıyev isə bərpa prosesini yekunlaşdıraraq kollektivə qoşulub. Murad Doymuş, Taner Taktak və əvəzedici komandadan cəlb olunmuş İsmayıl Qəhrəmanov isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, "Sumqayıt" FK Premyer Liqanın 7-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında "Bakı"nı qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.