25/09/2012

"Sumqayıt" hazırlığa başlayıb


Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi"ni məğlubiyyətə uğradan (3:2) "Sumqayıt" Futbol Klubu "Bakı" ilə oyunun hazırlığına başlayıb. Səhər məşqində tam heyətlə hazırlaşan komandanın heyətində zədəli futbolçu yoxdur. Yalnız Taner Taktak fərdi məşqlərlə kifayətlənib. Aftandil Hacıyev isə bərpa prosesini yekunlaşdıraraq kollektivə qoşulub. "Sumqayıt" FK-da sabah istirahət günü olacaq.

Qeyd edək ki, "Sumqayıt" FK Premyer Liqanın 7-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında "Bakı"nı qəbul edəcək.