18/09/2012

Ruslan Nəsirli millinin heyətində dubl edib


Ukraynanın Simferepol şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. "Stalker" klubu ilə qarşılaşan yığmamız qələbə qazanıb. "Sumqayıt" Futbol Klubunun hücumçusu Ruslan Nəsirli bu görüşdə dubl edib. Digər iki qolu isə Bayram Budaqov vurub.