15/09/2012

"Sumqayıt" FK səfərdə "İnter"ə minimal hesabla məğlub oldu


"İnter" - "Sumqayıt" 1:0
15 sentyabr 2012. Saat 18:00. “Şəfa” stadionu. 300 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Elşən Acalov, Coşqun Həsənov
Dördüncu hakim: Fərid Məmmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Sarı vərəqələr: Ruslan Əmircanov, 82 (rəqibi tutduğuna görə); Arif Daşdəmirov, 90+2 (oyunun bərpasını gecikdirdiyinə görə) // Ruslan Qurbanov, 15 (hakimin qərarına etiraz); Samir Abasov, 58 (rəqibi tutduğuna görə)
Qol: Djako Arafat, 6
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“İnter”
1. Giorgi Lomaya
5. Slavço Georgiyevski
7. Ruslan Əmircanov
11. Asif Məmmədov
15. Volodimir Levin (k)
20. Brüs Abdulaye
21. Arif Daşdəmirov
23. Tales Şütz
(9. Daniel Genov, dəq.65)
24. Fuad Bayramov
(47. Abdulla Abatsiyev, dəq.75)
25. İbrahima Niasse
30. Djako Arafat
(8. Nizami Hacıyev, dəq.46)

Ehtiyat oyunçular:
74. Revaz Tevdoradze
6. Samir Zərgərov
77. Ramil Mansurov
87. Haynts Barmettler

Baş məşqçi: Kaxaber Sxadadze

“Sumqayıt”
12. Elçin Sadıqov
2. Slavik Alxasov
3. Aftandil Hacıyev
4. Samir Abasov (k)
5. Murat Doymuş
6. Tamer Taktak
7. Pərdis Fərcad-Azad
10. Ceyhun Sultanov
(11. Sabir Allahquliyev, dəq.77)
22. Xəyal Mustafayev
76. Uğur Pamuk
(50. Murad Hüseynov, dəq.83)
91. Ruslan Qurbanov
(9. Orxan Əliyev, dəq.68)

Ehtiyat oyunçular:
90. Anar Məhərrəmov
13. Murad Ağayev
21. Məhəmməd Mirzəbəyov
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Bernhard Raab

"Sumqayıt" Futbol Klubu Premyer Liqanın 5-ci turu çərçivəsində "Şəfa" stadionunda "İnter"in qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi Djako Arafat olub (6-cı dəqiqə).

Bernhard Raab (“Sumqayıt” FK-nun baş məşqçisi):
“Oyun boyu taktiki baxımdan yaxşı oynadıq. Rəqibi üstələdik desək yalan olmaz. Komanda verilən tapşırıqların öhdəsindən gəldi. Sadəcə hücum xəttində çoxala bilmədik. Erkən qol da oyunumuza təsir etdi. Heç-heçə oyunun ədalətli nəticəsi olardı”.

Kaxaber Sxadadze (“İnter” PFK-nun baş məşqçisi): “Erkən qol vurduqdan sonra da oyunda diqtə edən tərəf idik. “Sumqayıt” qısa ötürmələrə üstünlük verirdi. Əks hücumlarda əldə etdiyimiz qol imkanlarından istifadə edə bilmədik. Bunların üzərində işləyəcəyik. Qələbəyə layiq olduğumuzu düşünürəm”.