02/09/2012

İlham Zəkiyev bürünc medal qazanıb


Sumqayıt idman məktəbinin yetirməsi İlham Zəkiyev London Yay Paralimpiadasında uğurlu çıxışı ilə yadda qalıb. 100 kq-dan artıq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz ilk görüşündə Rusiya təmsilçisi Heydər Heydərovdan güclü olub. Zəkiyev 1/4 finalda yaponiyalı Kento Masakiyə məğlub olub. Lakin yapon cüdoçu finala qədər irəlilədiyindən, idmançımız üçün bürünc medal qazanmaq şansı yaradıb. Zəkiyev bu şansdan maksimum yararlanıb. O, təsəlliverici görüşdə Toni Uolbini, bürünc uğrunda həlledici görüşdə isə braziliyalı Silvanı üstələyib.

Qeyd edək ki, İlham Zəkiyev Afina və Pekin Paralimpiadalarının qalibi olub.
“Sumqayıt” Futbol Klubu İlham Zəkiyevi və medal qazanan idmançılarımızı təbrik edir.