28/08/2012

FIFA U-17 DÇ Azərbaycan 2012-nin Rəsmi Kuboku Sumqayıtın qonağı olub


FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub.

Dünən Sumqayıt şəhərinin mərkəzində Yaşıl Teatrda 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Rəsmi Kubok Turunun təbliği məqsədi ilə möhtəşəm konsert proqramı təşkil olunub. Tədbirdə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev, musiqiçi DJ "Merkury", Azərbaycan Dövlət Rəqs Ansamblı "Odlar Yurdu" və gənclər arasında sevilən "Caspian Dreamers" qrupu çıxış ediblər. Konsert proqramında iştirak edən hər kəs Rəsmi Kubok və çempionatın Rəsmi Maskotu Top Top Qız ilə şəkil çəkdirmək imkanını qazanıb.