27/08/2012

Xəyal Mustafayev və Elçin Xəlilov “Sumqayıt” FK ilə müqavilə imzalayıb


“Sumqayıt” Futbol Klubu növbəti transferlərini reallaşdırıb. Karyerası ərzində MOİK (16 oyun), “Kəpəz” (23 oyun), “Gəncə” (15 oyun), “Xəzər” (7 oyun, 1 qol), “Turan” (7 oyun), “Olimpik” (23 oyun, 1 qol) və “İnter”in (93 oyun, 5 qol) şərəfini qorumuş Xəyal Mustafayev klubumuzla birillik müqavilə imzalayıb.

“Qarabağ”, “Gənclərbirliyi” son olaraq isə “Simurq”da forma geyinmiş Elçin Xəlilov isə “Sumqayıt”la ikiillik müqaviləyə imza atıb.