26/08/2012

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku Sumqayıtda


FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyul ayının 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub.

Avqustun 27-sində FIFA U-17 qadınlararası dünya çempionatı Rəsmi Kuboku Sumqayıt şəhərinin qonağı olacaq. Bununla əlaqədər olaraq, şəhərin mərkəzində “Yaşıl Teatr” adlanan ərazidə axşam saat 20:00-dan etibarən böyük konsert proqramı təşkil olunacaq. Mərasimə təşrif buyuracaq azarkeşlər karaoke, üz rəngləmə müsabiqəsi, Maskotla xatirə şəkli, Çingiz Mustafayevin ifası və müxtəlif hədiyyələr qazanacaq. 
Hamınızı Rəsmi Kubokla görüşə dəvət edirik.