27/08/2012

“Sumqayıt” Qəbələdən məğlub qayıtdı


“Qəbələ” – “Sumqayıt” 4:1
26 avqust 2012. Saat 19:00. Qəbələ şəhər stadionu. 2500 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Azər Əsgərov
Dördüncu hakim: Əliyar Ağayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Gülağa Cabbarov
Sarı vərəqələr: Yannik Kamanan, 17 (qeyri-idman hərəkəti); Nodar Məmmədov, 56; (qeyri-idman hərəkəti); Ürfan Abbasov, 86 (qeyri-idman hərəkəti) // Murad Ağayev, 13 (qeyri-idman hərəkəti); Murat Doymuş, 83 (qeyri-idman hərəkəti)
Qollar: Bruno da Silva, 33; Umar Kalabane, 53; Rəşad Abdullayev, 55; Umar Kalabane, 71 // Ruslan Qurbanov, 18
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Qəbələ”
25. Kosta Silva Dieqo
8. Bruno Da Silva
10. Luis Paulo Hilario
(99. Amil Yunanov, dəq.84)
11. Yannik Kamanan
15. Kalabane Umar
18. Aleksandr Çertoqanov (k)
(21. Elmar Baxşıyev, dəq.68)
22. Lourival Rodriqes
(9. Viktor Mendi, dəq.76)
27. Rəşad Abdullayev
34. Ürfan Abbasov
84. Kelhar Dejan
88. Nodar Məmmədov

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
3. Vurğun Hüseynov
20. Rəşid Əmiraslanov
23. Şəhriyar Xəlilov

Baş məşqçi: Fatih Kavlak


“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
4. Samir Abbasov (k)
5. Murat Doymuş
7. Fərcad-Azad Pərdis
9. Orxan Əliyev
10. Ceyhun Sultanov
13. Murad Ağayev
(6. Tamer Taktak, dəq.57)
22. Erdal Çelik
27. Ramil Həşimzadə
(21. Məhəmməd Mirzəbəyov, dəq.57)
91. Ruslan Qurbanov
(50. Murad Hüseynov, dəq.69)

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
8. Aqşin Muxtaroğlu
11. Sabir Allahquliyev
77. Elçin Xəlilov

Baş məşqçi: Bernhard Raab

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Sumqayıt” Futbol Klubu Qəbələdə “Qəbələ”nin qonağı olub. Oyunda hesabı komandamız açıb. Görüşün 18-ci dəqiqəsində Orxan Əliyevin cinah ötürməsindən sonra Ruslan Qurbanov başla topu qapıdan keçirib. Lakin 33-cü dəqiqədə Bruno da Silva cərimə meydançasının həmdəvərindən topu tora qovuşduraraq “status-kvo”nu bərpa edib.
İkinci hissədə isə Umar Kalabane dubl edib, bir qolu isə Rəşad Abdullayev vurub.

Bernhard Raab (“Sumqayıt”ın baş məşqçisi): "Qarabağ" məğlubiyyətindən sonra bu oyuna yaxşı hazırlaşmışdıq. İlk 30 dəqiqə yaxşı oynasaq da, çox asan qollar buraxdıq. Nəticədə qarşılaşmadan məğlub ayrıldıq".

Fatih Kavlak ("Qəbələ"nin baş məşqçisi): "Yaxşı oyun keçdi. Bizim hədəfimiz yuxarı pillələrdə yer almaqdır. Heyətimiz də güclüdür. Ümid edirəm ki, hər şey yaxşı olacaq. "Sumqayıt"a da uğurlar arzulayıram".