24/08/2012

Ruslan Qurbanov A milli komandaya çağırılıb


DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də, Tofiq Bəhramov adına Respublika stadionunda İsrail, 4 gün sonra Braqa şəhərində Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası avqustun 28-dən sentyabrın 12-dək təlim-məşq toplanışı keçirəcək. “Sumqayıt” Futbol Klubunun hücumçusu Ruslan Qurbanov hazırlıq prosesi üçün A milli komandaya dəvət alıb.