23/08/2012

Orxan Əliyev millinin heyətində dubl edib


Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Moldovalı həmyaşıdları ilə qarşılaşan yığmamız 3:0 hesabi ilə qələbə qazanıb. “Sumqayıt” Futbol Klubunun üzvü Orxan Əliyev bu görüşdə dubl edib, bir qolu isə Elşən Abdullayev vurub.