22/08/2012

“Sumqayıt” “Qəbələ” ilə oyuna hazırlışır


Avqustun 26-da səfərdə “Qəbələ”nin qonağı olacaq “Sumqayıt” Futbol Klubu hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir. Komanda səhər məşqində daha çox fiziki və taktiki hazırlıq üzərində çalışıb. Ötən həftə qolu qırılan Emin Cəfərquliyevin gələn həftədən etibarən məşqlərə başlayacağı bildirilir. “Qarabağ”la görüşdə zədələnən Erdal Çelik isə fərdi məşqlərlə kifayətlənib. 
“Sumqayıt” axşam saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda növbəti məşqinə çıxacaq.