19/08/2012

"Sumqayıt" "Qarabağ"la qarşılaşmadan məğlub ayrılıb


"Sumqayıt" - "Qarabağ" 1:6
19 avqust 2012. Saat 18:00. Mehdi Hüseynzadə adına Sumqayıt stadionu. 8000 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Nahid Əliyev
Dördüncu hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Fərcad-Azad Pərdis, 15 (qeyri-idman hərəkəti); Samir Abbasov, 20 (hakimin qərarına etiraz); Erdal Çelik, 36 (qeyri-idman hərəkəti); Ceyhun Sultanov, 62 (qeyri-idman hərəkəti); Məhəmməd Mirzəbəyov, 88 (simulyasiya) // Vüqar Nadirov, 36 (qeyri-idman hərəkəti); Qara Qarayev, 39 (qeyri-idman hərəkəti); 44 (bilərəkdən əllə oyun)
Qırmızı vərəqələr: Aftandil Hacıyev, 20 (rəqibi aşkar qoldan məhrum etdiyinə görə) // Qara Qarayev, 44 (bilərəkdən əllə oyun)
Qollar: Sabir Allahquliyev, 74 // Riçard Almeyda, 14; Rəşad Sadiqov, 21 (p.); Vüqar Nadirov, 60; Muarem Muarem, 64; İlqar Qurbanov, 81; Namiq Yusifov, 90+1
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Aftandil Hacıyev
4. Samir Abbasov (k)
5. Murat Doymuş
6. Tamer Taktak
7. Fərcad-Azad Pərdis
10. Ceyhun Sultanov
(11. Sabir Allahquliyev, dəq.63)
13. Murad Ağayev
(27. Ramil Həşimzadə, dəq.46)
22. Erdal Çelik
91. Ruslan Qurbanov
(21. Məhəmməd Mirzəbəyov, dəq.85)

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
8. Aqşin Muxtaroğlu
9. Orxan Əliyev
50. Murad Hüseynov

Baş məşqçi: Bernhard Raab

“Qarabağ”
89. Miro Varvodiç
2. Qara Qarayev
5. Maksim Medvedev
7. Namiq Yusifov
10. Muarem Muarem
11. Rauf Əliyev
(22. Əfran İsmayılov, dəq.60)
14. Rəşad Sadıqov (k)
17. Vüqar Nadirov
(18. İlqar Qurbanov, dəq.60)
20. Riçard Almeyda
24. Admir Teli
25. Ansi Aqolli
(16. Elnur Abdulov, dəq.76)

Ehtiyat oyunçular:
1. Fərhad Vəliyev
3. Kamil Hüseynov
4. Zaur Həşimov
70. Vaqif Cavadov

Baş məşqçi: Qurban Qurbanov

"Sumqayıt" Futbol Klubu Azərbaycan Premyer Liqasının III turu çərçivəsində doğma azarkeşləri qarşısında "Qarabağ"a 1:6 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu 74-cü dəqiqədə Sabir Allahquliyev vurub.

Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi): “Bu gün əsas olan üç xalı qazanmaq idi ki, onu da bacardıq. İlk iki turda rəqibin dörd xal qazandığını bilirdik. Bundan başqa, keçən mövsüm onlarla oyunlarda beş xal itirmişdik. Bu komanda öz oyunu ilə mənim diqqətimi cəlb edir. Yaxşı top saxlayır. Bu gün baxımlı oyun oldu. Heyf ki, hər iki komanda oyunu azlıqda başa vurdu. "Sumqayıt" komandasına uğurlar arzulayıram".


Bernhard Raab ("Sumqayıt"ın baş məşqçisi): “Deyiləcək çox sözüm yoxdu. Rəqib komandanı qələbə münasibətiylə təbrik edirəm. Oyundan qabaq da futbolçularıma demişdim ki, “Qarabağ”a oynamaq imkanı verməməliyik. Bir sözlə, futbolçularımın oyunundan razı qalmadım. Məncə, səviyyə fərqi də öz sözünü dedi. “Qarabağ” futbolçularının ustalıq səviyyəsi daha yüksək idi".