17/08/2012

Erdal Çelik “Sumqayıt”la müqavilə imzalayıb


Premyer Liqanın III turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. 1988-ci il təvəllüdlü əslən azərbaycanlı olan Erdal Çelik komandamızla 1+1 sistemi üzrə müqavilə imzalayıb. Karyerasına 2007-ci ildə “Alemannia Aachen” klubunda başlamış adıçəkilən futbolçu 2008-2011-ci illər ərzidə Leverkuzenin “Bayer” klubunda çıxış edib. Erdal adıçəkilən klubun II komandasında 31 qarşılaşmada forma geyinib. Mərkəz müdafiəçi mövqeyində çıxış edəcək futbolçu “Rot Weiss Ahlen”də 14 qarşılaşmada 1 qola imza atıb. Erdal son olaraq ötən mövsüm “Bucaspor”un formasını geyinib (8 oyun).