17/08/2012

Slavik Alxasov: “Qarabağ”la qarşılaşmada uğurlu nəticə əldə edə bilərik”


“Sumqayıt” Futbol Klubu “Qarabağ”la oyuna hazırlığını davam etdirir. Komandamızın müdafiəçisi Slavik Alxasov Ağdam klubu ilə oyun barəsində fikirlərini bildirib: “Komandada əhval-ruhiyyə yüksəkdir. Tam gücümüzlə məşqlərimizi davam etdiririk. Uşaqlar yalnız “Qarabağ”la oyun haqqında düşünür. Unutmayaq ki, rəqibimiz Premyer Liqanın qalibi olmağa ən real namizədlərdən biridir. Oyun bizim üçün çox çətin keçəcək. “Qarabağ” açıq-aşkar cütün fovaritidir. Lakin biz də oyuna məğlub olmağa çıxmırıq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda azarkeşlərimizin dəstəyi ilə uğurlu nəticə qazana bilərik”.