16/08/2012

Murad Ağayev U-21-in heyətində fərqlənib


İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Bəhreyn yığmasının qapısından topları Branimir Subaşiç, Cihan Özkara və Cavid Hüseynov keçirib.

Qeyd edək ki, “Sumqayıt” Futbol Klubunun rəsmi fanklubu da qarşılaşmada iştirak edib və millimizə dəstək verib.

Azərbaycan – Bəhreyn 3:0
Qollar:
B. Subaşiç, 35, C. Özkara, 59, C. Hüseynov, 79

“Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Estoniya komanldasının qapısından topları Bədavi Hüseynov və “Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Murad Ağayev keçirib.

Qeyd edək ki, Bədavi Hüseynov da ötən mövsümü icarə əsasında klubumuzda keçirib.