14/08/2012

“Sumqayıt” FK hazırlıqlara başladı


Premyer Liqanın II turu çərçivəsində səfərdə “Turan” üzərində qələbə qazanan (1:0) “Sumqayıt” Futbol Klubu bir günlük istirahətin ardından yenidən məşqlərə başlayıb. Bernhard Raabın yetirmələri səhər saatlarında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxıb. Zədəli olduğu üçün Tovuza yollanmayan Sabir Allahquliyev artıq komanda ilə birlikdə hazırlığa başlayıb. Yüngül zədəsi olan Uğur Pamuk isə fərdi məşqlərlə kifayətlənir.

Qeyd edək ki, Ruslan Qurbanov A millinin heyətində, Səlahət Ağayev və Murad Ağayev isə U-21-in düşərgəsində olduqlarından məşqlərə nisbətən gec qoşulacaq.

“Sumqayıt” FK saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda növbəti məşqinə çıxacaq.