14/08/2012

“Turan” – “Sumqayıt” oyununun sorğusu özünü doğrultdu


Avqustun 11-də Tovuz şəhər stadionunda baş tutan “Turan” – “Sumqayıt” oyunu öncəsi klubumuzun rəsmi saytında oxucular arasında sorğu keçirilib. Səs vermədə iştirak edən “Sumqayıt” Futbol Klubunun fanatlarının fikirləri nəticəyə uyğun olub. Beləliklə, “Turan” – “Sumqayıt” oyunu hansı nəticə ilə başa çatacaq? sualına respondentlərin 42,3 faizi komandamızın 1:0 hesabı ilə qələbə qazanacağını qeyd edib. 123 nəfərin 52-si məhz oyunun həmin nəticə ilə başa çatacağını düşünüb.