12/08/2012

XXX London Yay Olimpiya Oyunları başa çatdı


XXX London Yay Olimpiya Oyunlarına 53 atletlə yollanan Azərbaycan yığması tarixi qələbəyə imza atdı. Böyük Britaniya paytaxtında millimizin heyətində 10 idmançımız çıxışını medalla başa vurdu. Medal sayında yeni rekord müəyyənləşdirən yığmamız Londonda 2 qızıl, 2 gümüş və 6 bürünc medala yiyələndi.
Toğrul Əsgərovla Şərif Şərifov bütün rəqiblərini məğlub edərək Olimpiya çempionu adını qazandılar. Rövşən Bayramov və Mariya Stadnik komandamızın medal kolleksiyasına 2 gümüş medal əlavə etdi.
Yığmamızın üzvlərindən – Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov, Valentin Xristov, Xetaq Qazyumov, Emin Əhmədov və Yuliya Ratkeviç isə çıxışını bürünc medalla başa vurdu.

“Sumqayıt” Futbol Klubu bütün idman ictimaiyyətini atletlərimizin XXX London Yay Olimpiya Oyunlarındakı uğurlu çıxışı münasibəti ilə təbrik edir. 

İdmançılarımıza qələbələrə görə təşəkkür edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq.