12/08/2012

Ruslan Qurbanov A milli komandaya çağırılıb


Avqustun 15-də, saat 18:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Sumqayıt” Futbol Klubundan Ruslan Qurbanov yığmaya dəvət alıb. Komandamızdan Səlahət Ağayev, Uğur Pamuk və Murad Hüseynovun adı isə millinin ehtiyat heyətinə salınıb.

Avqustun 15-də “Dalğa Arena”da estoniyalı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının da heyəti m'lumdur. “Sumqayıt” FK-dan Səlahət Ağayev və Murad Ağayev U-21-in düşərgəsinə yollanıb.