11/08/2012

“Sumqayıt” azlıqda “Turan”a qalib gəldi


"Turan" - "Sumqayıt" 0:1
11 avqust 2012. Saat 18:00. Tovuz şəhər stadionu. 6000 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Elşən Acalov
Dördüncu hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Akif Məmmədov
Sarı vərəqələr: Budaq Nəsirov, 37 (qeyri-idman hərəkəti); Qoqi Pipia, 43 (qeyri-idman hərəkəti); Mikayıl Rəhimov, 63 (qeyri-idman hərəkəti); Azər Məmmədov, 74 (qeyri-idman hərəkəti) // Məhəmməd Mirzəbəyov, 85 (hakimin icazəsi olmadan meydana daxil olduğuna görə); Slavik Alxasov,87 (qeyri-idman hərəkəti); Ruslan Qurbanov, 90+1 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Uğur Pamuk, 28 (ciddi qayda pozuntusu, rəqibə ayaqla zərbə)
Qol: Ruslan Qurbanov, 58 (p.)
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

“Turan”
28. Mikayıl Yusifov
3. Ante Zuzak
4. Levan Çxetiani
6. Mikayıl Rəhimov
7. Azər Məmmədov
8. Budaq Nəsirov
(18. Seymur Tağıyev, dəq.46)
9. Murad Ağakişiyev
10. Hafiz Əliyev (k)
11. Qoqi Pipia
(19. Asəf Qədiri, dəq.65)
17. Fərmayıl Əliyev
(5. Çernışev Sergey, dəq.60)
21. Antonio Rukavina

Ehtiyat oyunçular:
27. Natiq Sərhətov
2. Hüseyn İsgəndərov
13. Bayram Kərimov
15. Rəşad Piriyev

Baş məşqçi: Əsgər Abdullayev

“Sumqayıt”
1. Səlahət Ağayev
3. Aftandil Hacıyev
22. Slavik Alxasov
4. Samir Abbasov (k)
5. Murat Doymuş
7. Fərcad-Azad Pərdis
9. Orxan Əliyev
(2.Atam Məhəmməd Əli, dəq.31)
10. Ceyhun Sultanov
(21. Məhəmməd Mirzəbəyov, dəq.63)
13. Murad Ağayev
(6. Tamer Taktak, dəq.54)
76. Uğur Pamuk
91. Ruslan Qurbanov

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
17. Emin Cəfərquliyev
27. Ramil Həşimzadə
95. Murad Hüseynovv

Baş məşqçi: Bernhard Raab

Ötən mövsümün görüşləri
“Sumqayıt” Futbol Klubu 2011/2012 mövsümündə Premyer Liqada “Turan”la ilk dəfə 23.10.2011 tarixində qarşılaşıb. Tovuz şəhər stadionunda baş tutan görüşdə Qərb təmsilçisi minimal hesabla qələbə qazanıb. “Turan”dan yeganə qolun müəllifi 30-cu dəqiqədə Sergey Artyux olub.
İlkin mərhələdəki cavab qarşılaşması isə 20.12.2011 tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub. Bu matçda Bernhard Raabın komandası 1:0 hesabı ilə qələbə qazanaraq revanşı alıb. Komandamızdan Samir Abasov fərqlənib (70-ci dəqiqə).
“Sumqayıt”la “Turan” arasındakı ikinci “altılıq”dakı ilk oyun isə 01.04.2012 tarixində Sumqayıtda keçirilib. 1:1 hesablı bərabərliklə başa çatan oyunun 28-ci dəqiqəsində Kamil Nurəhmədov hesabı açsa da, 45+2-ci dəqiqədə Georgi Beriaşvili “status-kvo”nu bərpa edib.
Tovuzda baş tutmuş cavab oyunu da eyni hesabla yekunlaşıb (1:1). Görüşün 59-cu dəqiqəsində “Sumqayıt” FK-dan Orxan Əliyev fərqlənib. Bu qoldan on dəqiqə sonra Aleksandr Qoqoberişvili penaltidən vurduğu qolla hesabda tarazılığı bərpa edib.

3-5-2 taktiki sxemi ilə
“Sumqayıt” Futbol Klubunun baş məşqçisi Bernhard Raab komandanı “Turan”la oyuna 3-5-2 taktiki sxemi ilə çıxarmışdı. Qapını Səlahət Ağayev qoruyurdu. Müdafiənin sağında Murad Doymuş, solunda isə Slavik Alxasov qərarlaşmışdı. Aftandil Hacıyev isə mərkəz müdafiəçi kimi çıxış edirdi.
Raab bu görüşdə meydana iki dayaq yarımmüdafiəçi – Murad Ağayev və Samir Abasovu buraxmışdı.
Hücum xəttində qərarlaşmış Pərdis Fərcad-Azad və Ruslan Qurbanova cinahlardan Uğur Pamuk və Orxan Əliyev dəstək verməli idi. Ceyhun Sultanov isə pleymeyker mövqeyində çıxış edirdi.

İlk hissədə rəqibdən üstün oyun
Qarşılaşmada ilk real qol vəziyyətini “Sumqayıt” yaratdı. 1-ci dəqiqədə Ceyhun Sultanovun cərimə zərbəsindən qapıya ünvanladığı topda dəqiqlik çatmadı. İlk hissədə “Turan” yalnız bir dəfə hesabı açmağa yaxın oldu. 5-ci dəqiqədə Antonio Rukavinanın zərbəsindən sonra Səlahət Ağayev topu dəf etməyi bacardı.
Oyunun 9-cu dəqiqəsində Pərdis Fərcad-Azadın baş zərbəsini Mikayıl Yusifov çətinliklə küncə çıxardı.
Qarşılaşmanın 18-ci dəqiqəsində Uğur Pamukun təxminən 20 metrlik məsafədən topu qapıya ünvanlasa da, Yusifov bu dəfə də inamlı oynadı.
İlk yarımsaatın tamamında komandamız meydanda azlıqda qaldı. Uğur Pamuk 28-ci dəqiqədə Murad Ağakişiyevə qarşı təhlükəli oynadığı üçün qırmızı vərəqə ilə cəzalandırıldı.
Azlıqda qalmasına baxmayaraq, “Turan”dan üstün oyun nümayiş etdirən “Sumqayıt” 45-ci dəqiqədə daha bir real qol vəziyyətindən yararlana bilmədi. Cərimə meydançasında Pərdisin zərbəsindən sonra Tovuz klubunun müdafiəçisi Mikayıl Rəhimov topu qapı xəttinin üzərindən çıxardı.

Ruslan Qurbanov penaltidən fərqləndi
“Sumqayıt” azlıqda oynamasına baxmayaraq, ikinci hissəyə də sürətli başladı. Debütdəcə Pərdis Fərcad-Azad qapıçı Mikayıl Yusifovla üz-üzə qalsa da, əlverişli vəziyyətdən yararlana bilmədi.
Qarşılaşmanın 58-ci dəqiqəsində “Turan”ın müdafiəçisi cərimə meydançasında əli ilə oynadı və hakim tərəddüd etmədən penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Ruslan Qurbanov hesabı açdı.
Qoldan sonra da hücumlarını davam etdirən “Sumqayıt” 65-ci dəqiqədə Pərdis Fərcad-Azadla qol vurmağa yaxın olsa da, top qapıdan azda aralı keçdi.
Oyunun sonlarına yaxın komandamız hesabı artırmaq üçün daha bir real imkandan yararlana bilmədi. Samir Abasovun baş zərbəsindən sonra top qapı tirəyinə toxunaraq meydandan çıxdı.