10/08/2012

Əvəzedicilər Tovuzda böyükhesablı qələbə qazanıb


Əvəzedicilərin çempionatında ilk turda AZAL-la heç-heçə edən (3:3) “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası Tovuzda “Turan”ın qonağı olub. Rəqibindən üstün oyun nümayiş etdirən Vaqif Paşayevin yetirmələri 5:0 hesabı ilə qələbə qazanıb. Komandamızdan qolları Aydın Qasımov (2 qol), Arif Vəliyev, Bayram Nuruzadə və Ruslan Nəsirli vurub.

"Turan" – "Sumqayıt" 0:5
Qollar: Aydın Qasımov, 31 (pen), 67. Bayram Nuruzadə, 47. Arif Vəliyev, 65. Ruslan Nəsirli, 86.