11/09/2011

U-17 komandamız heç-heçə edib


Yeni mövsümün hazırlığını davam etdirən “Sumqayıt Şəhər” klubunun 17 yaşadək futbolçulardan ibarət komandası növbəti yoxlama oyununu keçirib. Tağı Məmmədovun yetirmələri Həvəskarlar Liqasında mübarizə aparacaq “Həkəri” komandası ilə qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Komandamızdan qolları Şəmsi Əlisoylu və Hüseyn Bayramov vurub.