07/08/2012

Əvəzedicilər “Turan”la oyuna hazırlığı davam etdirir


Əvəzedicilərin çempionatında ilk turda AZAL-la heç-heçə edən (3:3) “Sumqayıt” Futbol Klubunun əvəzedici komandası hazırlığını davam etdirir. Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda səhər məşqə çıxan Vaqif Paşayevin yetirmələri həm fiziki, həm də taktiki çalışmalar üzərində hazırlaşıb. Qeyd edək ki, yarımmüdafiəçilər Ayaz Mehdiyev və Niyaz Həsənov zədəli olduğu üçün fərdi məşqlərlə kifayətlənir. Zədəsini sağaltmış İsmayıl Qəhrəmanov isə artıq komanda ilə birlikdə çalışmalara başlayıb.

Avqustun 10-da “Turan”la qarşılaşacaq “Sumqayıt” FK-nun əvəzedciləri ayın 9-da Tovuza yola düşəcək.