09/09/2011

Əvəzedicilər inamlı qələbə qazanıb


Əvəzedici komandalar arasında XX Azərbaycan çempionatında V turun oyunları keçirilib. "Sumqayıt Şəhər"in əvəzediciləri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ı qəbul edib. Komandamız 3:0 hesabı ilə qalib gələrək çempionatda növbəti qələbəsini qazanıb. “Sumqayıt Şəhər”dən qolları 9-cu dəqiqədə Ramil Həşim-Zadə, 38 və 68-ci dəqiqələrdə Ruslan Nəsirli vurub.

Vaqif Paşayev ("Sumqayıt Şəhər"in əvəzedicilərinin baş məşqçisi): “Komandanın oyunundan razı qaldım. Uşaqlar bu gün baxımlı oyun nümayiş etdirdilər. Hesab daha böyük ola bilərdi.  Havanın da küləkli olması işimizi xeyli çətinləşdirdi. Bütün komandanı qələbə münasibəti ilə təbrik edirəm”.

"Sumqayıt Şəhər" – "Qarabağ" 3:0
(Ramil Həşim-Zadə, 9. Ruslan Nəsirli, 38, 68)